Bakıda ağır qəza - Sürücü ölümcül hala düşdü
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - Sürücü ölümcül hala düşdü

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il il təvəllüdlü Süleymanov Vaqif Mikayıl oğlu hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəye çırpılıb və sürücü ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm