Bakıda dəm qazı 2 can aldı
Bizi izləyin

Hadisə

Bakıda dəm qazı 2 can aldı

Bakıda 41 yaşlı qadın dəm qazından boğulub.

Hadisə dünən Biləcəri qəsəbəsində baş verib.

“1 May” küçəsində yaşayan 1979-cu il təvəllüdlü Məşuqə Vəliyeva evində dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda dəm qazından ikinci ölüm hadisəsi isə dekabrın 9-u saat 12 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm