Hadisə
Gömrükçülər "İphone" markalı mobil telefonlar aşkarladı
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd "İphone 11 Pro Max", 9 ədəd "İphone 11 Pro Max Midnight Green 64 GB", 2 ədəd "İphone 11 Pro Max Midnight Green 256 GB", 1 ədəd "İphone 11 Pro Max 64 GB", 1 ədəd "İphone X Space Grey 256 GB" markalı mobil telefonlar və bu telefonlara aid boş qutular, 250 ampul isə dərman vasitələri aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi




















.jpg)













