Polis Bakıda kafeyə basqın etdi - 17 nəfər yaxalandı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Polis Bakıda kafeyə basqın etdi - 17 nəfər yaxalandı - FOTO/VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən "Nataktari" kafesini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm