Zavod direktoru işdən çıxarıldı
Bizi izləyin

Hadisə

Zavod direktoru işdən çıxarıldı

Müdafiə Sənayesi Nazirliyinə məxsus Xaçmaz Kondensator Zavodu MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.

Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin “Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm