2 prokurorluq işçisi orqandan çıxarıldı, 8-i işdən kənarlaşdırıldı
Bizi izləyin

Hadisə

2 prokurorluq işçisi orqandan çıxarıldı, 8-i işdən kənarlaşdırıldı

Ötən il 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm