Bakı-Qazax yolunda dəhşətli hadisə - Gənc oğlan öldü
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda dəhşətli hadisə - Gənc oğlan öldü

Bakı-Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, "Mercedes" markalı, 10VP 233 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan 1997-ci il təvəllüdlü Şəhriyar Ramiz oğlu Hüseynovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əslən Kəlbəcər rayonundan olan, Mingəçevir şəhərində məskunlaşmış Ş.Hüseynovun yaxınlarının dediyinə görə, o, anadan gəlmə eşitmə və danışma qüsurlu olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm