Bakıda restoranda YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda restoranda YANĞIN

Bakıda restoranda yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda hər mərtəbəsi 265 m² olan dördmərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi mansarda tipli binanın 4-cü mərtəbəsində yerləşən restoranın dəhlizinin tavanı 5 m² sahədə və mansardasının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb. Restoranın qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm