Hadisə
Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər - FOTO
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq əməlləri törətmiş şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilməsi barədə RPŞ-yə məlumatlar daxil olub.
Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb. Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Bundan əlavə keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu