Hadisə
Həbs edilmiş icra başçısı lüks evdə saxlanılır? - AÇIQLAMA
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Publika.az Penitensiar Xidmətin mətbuat şöbəsinə istinadən xəbər verir ki, həmin məlumatlar həqiqəti əks etdirmir:
"Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilən ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.
Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib".
Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda məlumatlar yayılmışdı. İddia olunurdu ki, onlar Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında supertəmirli otaqda saxlanılır, otaqda televizor, xalça, videooyun sistemi və s. var. Bildirilir ki, N.Quliyev və R.Tatarov özlərinə qulluqçu da götürüblər.
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı


























.jpg)













