Qəbələdə 33 yaşlı kişi qayalıqdan çaya düşdü - VİDEO
Bizi izləyin

Hadisə

Qəbələdə 33 yaşlı kişi qayalıqdan çaya düşdü - VİDEO

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub. Məlumata əsasən, FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm