Kürdə batanlardan birinin meyiti tapıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kürdə batanlardan birinin meyiti tapıldı - (YENİLƏNDİ)

İyulun 8-də axşam saatlarında Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

21:00

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində, Kür çayında 2 nəfər batıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm