Ağsuda yol qəzası - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Ağsuda yol qəzası - Xəsarət alan var

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Ağsu rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Muradxanlı Səid Zakir oğlu ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm