Biləsuvarda avtomobillər toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Biləsuvarda avtomobillər toqquşdu - Xəsarət alan var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes Benz" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücülərdən biri (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm