Hadisə
Şadlıq evi və kafe sahibləri həbs edildi - FOTO
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən ‘’Club-85’’ adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyini aşkar edib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən ‘’Nərmin’’ şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.
Yoxlama zamanı 6 nəfərin vaksin olunmadığı müəyyən edildiyindən onlar toya buraxılmayıb.
Təyin edilən toy mərasimi ‘’icazə.gov.az’’ portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 180 nəfərin iştrak etməsi aşkar edilib.
Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ Rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO








.jpg)















.jpg)


.jpg)







