Hadisə
Goranboyda DƏHŞƏTLİ QƏZA: 3 ölü, 10-dan artıq yaralı - (YENİLƏNDİ)
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, dünyasını dəyişənlər Mahmudova Nərgiz, Şahverdiyev Lətif və Həsənova Rənadır.
Şahverdiyev Lətif və Həsənova Rəna qəzadan sonra Gəncədəki xəstəxanalardan birində vəfat edib.
Qeyd edək ki, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.
xxx
20:36
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Publika.az xəbər verir ki, xəsarət alanların bir qismi Gəncədə yerləşən dövlət və özəl xəstəxanalara yerləşdirilib.
Yaralıların adlarını təqdim edirik:
Şahverdiyev Sabit Lətif oğlu (1997)
Şahverdiyev Lətif (1971)
Əsgərov Elşad Abdulla oğlu (1972)
Həsənov Telman Mehman oğlu (1996)
Həsənova Rəna Kaman qızı (1956 )
Mahmudov Ayxan Eyvaz (2004)
Əkbərov Aytən Hüseyn qızı (1988)
Ağayeva Gülarə Çərkəz qızı (1976)
Mahmudova Xəzəngül Xaliqverdi qızı (1978)
Bəşirova Rəna Camal qızı (1999)
Əkbərova Aytən Hüseyn qızı (1988)
Əbülfət Əkbərov Hidayət oğlu (1971).
xxx
19:36
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşıb.
Publika.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı ölən və bir neçə xəsarət alan var. Yaralılar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. ("Report")
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar






































