Hadisə
Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...
Tovuz rayonunda kişi arvadını orta məktəbdə döyüb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib.
Rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) evdə onunla birlikdə yaşayan anası ilə mübahisə edib. Mübahisə zamanı anasına əsəbiləşən Elvin acığını həyat yoldaşı Jalədən çıxıb. O, Jalənin saçından tutaraq dartıb.
Bu hadisədən əsəbiləşən Jalə evdən çıxaraq yaxınlıqdakı orta məktəbə uşaqlarını gətirməyə gedib. Elvin əsəbi vəziyyətdə onun arxasınca gedərək orta məktəbdə həyat yoldaşını yaxalayıb.
O, Jaləni orta məktəbin müəllim və şagird kollektivi qarşısında döyüb, ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Məmmədov saxlanılıb, faktla bağlı protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
























.jpg)










