Lənkəranda su kanalında batan gəncin meyiti tapıldı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Lənkəranda su kanalında batan gəncin meyiti tapıldı - YENİLƏNDİ

Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, R.Qasımovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

xxx

19:00

Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Bu barədən Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm