Bakıda mağaza yandı
Bizi izləyin

Hadisə

Bakıda mağaza yandı

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 kvadrat metr olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 60 kvadrat metr sahədə yanıb.

Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan iki ədəd vitrin soyuducusu əriyib. Mağazanın qalan hissəsi, bitişik tikili və ev yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm