Hadisə
Bakıda ağır yol qəzaları - 3 nəfər öldü, xəsarət alanlar var
Ötən gün Bakıda baş vermiş yol qəzalarında 3 nəfər ölüb.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 16 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Aydın Xıdırov idarə etdiyi “VAZ-2107” markalı avtomobili işıq dirəyinə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Ötən gün saat 18 radələrində isə Binəqədi rayonunun Goradil kəndi ərazisində Bakı şəhər sakini Qasım Abbasovun idarə etdiyi “Renault” və Daşkəsən rayon sakini B.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Q.Abbasov hadisə yerində ölmüş, digər sürücü və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.
Daha bir ağır qəza Pirallahıda baş verib. Oktyabrın 6-da saat 19 radələrində Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakini E.Eskenderov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən Şahin Hümbətovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər bir faktla bağlı araşdırmalar aparılır.
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO






.jpg)


















.jpg)
.jpg)









