Bu çərəz həzmi yaxşılaşdırır - Dietoloqdan tövsiyə
Bizi izləyin

Sağlamlıq

Bu çərəz həzmi yaxşılaşdırır - Dietoloqdan tövsiyə

Bu çərəz həzmi yaxşılaşdırır - Dietoloqdan tövsiyə

Həkim-dietoloq Mariyat Muxina keşyunun həzm sistemi üçün faydalarından danışıb.

Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, keşyunun tərkibindəki lif, maqnezium, sink və faydalı yağ turşuları bağırsaqların fəaliyyətini dəstəkləyir, mikrobiotanın sağlamlığının qorunmasına kömək edir.

Dietoloq bildirib ki, 100 qram keşyuda təxminən 3,3 qram lif var. Bu maddə yoğun bağırsaqda faydalı bakteriyalar üçün qida rolunu oynayır, iltihabın azalmasına və qəbizliyin qarşısının alınmasına kömək edən prosesləri dəstəkləyir.

Muxinanın sözlərinə görə, maqnezium bağırsaq hərəkətliliyini yaxşılaşdırır, sink selikli qişanın yenilənməsində iştirak edir, olein turşusu isə öd axınını dəstəkləyir. O, mineralların daha yaxşı mənimsənilməsi üçün çiy keşyunun bir neçə saat suda isladılmasını, duzlu növlərindən isə uzaq durmağı tövsiyə edib.

Dietoloq gündə 30-50 qram, yəni təxminən 15-20 ədəd keşyu yeməyin kifayət etdiyini bildirib. Yüksək kalorili olması və allergiya riski səbəbindən bu miqdarı aşmaq məsləhət görülmür.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm