Hadisə
Şəhid İxtiyar Əliyev dəfn olundu - FOTO - (YENİLƏNDİ)
Şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
xxx
Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan gizir İxtiyar Əliyevin nəşi ailəsinə təhvil verilib.
Hazırda onun ailəsinin yaşadığı Goranboy rayon Goranlı kəndində şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Goranlı kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 1994-cü il il təvəllüdlü gizir İ.Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda olub. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı ondan məlumat alınıb. Həmin gündən sonra yaxınları ondan bixəbər idi. Bir müddət öncə itkin hesab edilən 7 hərbiçilərimizdən birinin nəşi tapılıb. Dünən isə tapılan nəşin İ.Əliyeva məxsus olduğu təsdiqlənib və onun Şəhid olduğu məlum olub.
Mərhum ailəli idi, övladı isə yoxdur.
Allah rəhmət etsin!
(report)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)