Hadisə
Canəli Əkbərov DƏFN EDİLDİ - FOTO - (YENİLƏNDİ)
Canəli Əkbərov II Fəxri Xiyabanda dəfn edilib.
xxx
Xalq artisti Canəli Əkbərovun evinin qarşısında keçirilən vida mərasimi başa çatıb.
Xanəndə evindən son mənzilə yola salınıb.
xxx
Xalq artisti Canəli Əkbərovun evində vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, Xalq artisti ilə vida mərasimində yaxınları və sənət dostları iştirak edir.
Sənətkarı yola salmağa Əməkdar artistlər Yusif Mustafayev, Babək Niftəliyev, Elşad Qarayev, Zakir Əliyev və başqaları gəlib.
2021-ci ildə biz bir-birindən dəyərli sənətkarları itirdik. Amma bu, bir alın yazısıdır. Alın yazısından qaçmaq olmaz. Canəli Əkbərov həm sənəti ilə, həm də həyatda tutduğu mövqe ilə hamıya nümunəvi olan "Şöhrət" ordenli sənətkar idi.
Bu sözləri Əməkdar artist Yusif Mustafayev Canəli Əkbərovla vida mərasimində deyib.
Y.Mustafayev qeyd edib ki, Canəli Əkbərovun səhhəti oğlunun vəfatından sonra pisləşib: "Övladını itirmişdi, valideynə bundan böyük dərd ola bilməz. Dərd onu üzdü. Allah ona qəni-qəni rəhmət etsin".
Əməkdar artist Babək Niftiyev də ustad sənətkarla bağlı xatirələrini bölüşüb: "Canəli müəllimin ailəsi ilə daim əlaqə saxlayırdım. Pandemiya ilə əlaqədar evlərinə gedə bilmirdik, yaşlı insanların yanına gəlmək təhlükəli olur. Sonuncu dəfə müəllim və tələbə kimi dərdləşdik. Dedi ki, özünə və səsinə qulluq elə, gecə-gündüz çalış. Ustadın istədiyi o idi ki, tələbəsi öndə olsun. Uğurlarıma çox sevinirdi, efirdə görən kimi zəng edirdi ki, efirdə gördüm, çox gözəl oxudun, ya da məsləhət verirdi. Öyüd-nəsihətini daim eşidirdim. Onun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Allah ona rəhmət eləsin"
Göz yaşlarına hakim ola bilməyən Xalq artisti Gülyaz Məmmədova duyğularını belə ifadə edib:
"Azərbaycan xalqının sevimli nümayəndəsi idi, mədəniyyətimiz üçün böyük bir itkidir. Sənətkarın ailəsinə baş sağlığı verirəm. Ustadımı heç zaman unutmaram. Onunla hər zaman əlaqə saxlayırdım, səhhəti ilə maraqlamırdım. Bir neçə ustadımı itirmişəm, yaşamışam bu hissi, çox ağırdı. Allah ona qəni-qəni rəhmət eləsin. O, həmişə gözəl əhvalı və zarafatları ilə yadda qalacaq, ifaları isə daima qəlbimizdə yaşacaq. Son söhbətimizdə dedi ki, balalarımsınız, bütün zəhmətimi halal edirəm. Həmişə qürurlanırdım ki, müəllimim məndən razıdır. Bir müəllimin tələbəsinə dəyər verməsi gözəl hissdir".
Qeyd edək ki, Canəli Əkbərov bu gün saat 14:00-da ll Fəxri Xiyabanda dəfn ediləcək.
Aytən Məftun
Foto: Ceyhun Rəhimov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)














.jpg)



.jpg)

