Salyanda yol qəzası oldu, ölən var
Bizi izləyin

Hadisə

Salyanda yol qəzası oldu, ölən var

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsiı baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm