FHN 25 yaşlı oğlanın öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN 25 yaşlı oğlanın öldüyü hadisə ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Göyçayda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Göyçay rayonu, Xəlitli kəndində "Mercedes" və 2 ədəd “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "ВАЗ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm