Tələbə qızın öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Tələbə qızın öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Qərbi Kaspi Universitetinin 2-ci kurs tələbəsi Yasəmən Ağaşirinovanın vəfat etdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 20-də saat 10 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Yasəmən Ağaşirinovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm