Hadisə
Ələtdəki qəzanı törədən sürücü marixuananın təsirində olub - DİN
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ələtdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
BDYPİ-dən Publika.az-a verilən məlumata görə, 17 dekabr 2021-ci il tarixdə saat 19:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 61-ci km-də 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini Cəmşid Alı oğlu İsmayılov idarə etdiyi “Ford Transit” markalı 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan 1984-cü il təvəllüdlü Saatlı rayon sakini Rövşən Yaşar oğlu Əliyevin idarə etdiyi VAZ-2105 markalı 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər - 2001-ci il təvəllüdlü Əli Xaliq oğlu Əlili və 1960-cı il təvəllüdlü Akifə Təlfildar qızı Qəhrəmanova Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Samirə Nüsrət qızı Əliyeva, 1980-ci il təvəllüdlü Xaliq Şahbaz oğlu Əliyev, 1994-cü il təvəllüdlü Zabit Rəhman oğlu Mərdanov travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Əfsanə Fizuli qızı Ağabəyova, 1968-ci il təvəllüdlü Gülnaz Baba qızı Ağabəyova, 1961-ci il təvəllüdlü Təranə Fərman qızı Məmmədova və 2008-ci il təvəllüdlü Nigar Xaliq qızı Əlili müayinə olunaraq evə buraxılıb.
Hadisədən sonra tibbi müayinə zamanı “Ford Transit” markalı mikroavtobusun sürücüsü Cəmşid İsmayılovun narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub və o, özü də bunu etiraf edib.
Bununla yanaşı, müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş sürücü Cəmşid İsmayılov, həmçinin Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub başqa şəxslərin sağlamlığına zərər vurduğuna görə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)





