Hadisə
Külli miqdarda oğurluq etdi - Pulu əyləncəyə xərclədi - AZƏRBAYCANDA/FOTO
Ağsuda oğurladığı məişət əşyalarını satıb, əldə etdiyi pulu əyləncəsinə xərcləyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Qaraqaşlı kənd sakini Şükran Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO






.jpg)


















.jpg)
.jpg)









