Hadisə
Məhkəmə həbs edilmiş icra başçısı ilə bağlı QƏRARI DƏYİŞDİ
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cəzası azaldılıb.
Publika.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib.
Bildirib ki, Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqı ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Q.Səmədova şəxsən təqdim edilməklə 236 000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.
Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Q.Səmədova şəxsən təqdim edilib.
Q.Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO