Hadisə
Psixotrop maddənin təsiri altında sərnişin daşıyan şəxs həbs edildi - FOTO
BDYPİ-nin yol patrul xidməti alayının 11-ci tağımının əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü S.Məmmədzadənin müvafiq kateqoriya olmadan, qanunsuz olaraq rayondaxili sərnişindaşıma ilə məşğul olduğu müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən S.Məmmədzadənin psixotrop maddədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
-
Nəqliyyat11:30Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...
-
İdman10:33Advokat ona niyə "türk əclaf" deyib?


































