İdman
Ağ Evə buraxılmadığı üçün üsyan etdi: Azarkeşlərin həqiqəti bilməsi vacibdir
Amerikalı döyüşçü Con Cons bəyanat yayıb.
Publika.az xəbər verir ki, o, UFC rəhbəri Den Uaytın açıqlamalarından və Ağ Evdə keçirilməsi planlaşdırılan turnirlə bağlı danışıqların pozulmasından sonra təşkilatdan onu müqavilədən azad etməyi xahiş edib.
“Den Uaytın dediklərinə münasibət bildirmək istəyirəm, çünki həm mənim, həm də azarkeşlərin həqiqəti bilməsi vacibdir. Den sən Ağ Ev turnirinin kardında niyə olmadığımı böyük emosiyalarla izah edirdin, amma gəlin bəzi məsələləri aydınlaşdıraq. Mənim komandam və mən UFC ilə bu döyüş barədə danışıqlar aparırdıq. Həqiqi danışıqlar idi. Hətta ilkin tələb etdiyim məbləğdən də geri çəkildim. Bunun qarşılığında mənə nə təklif olundu? Açıq-aşkar təhqiredici dərəcədə aşağı məbləğ.
Bəli, mənim bud-çanaq oynağımda artrit var və bu ağrı verir, amma bu, döyüşə bilməyəcəyim demək deyil. Bir şeyi düzgün başa düşmək istəyirəm ki, əgər mən bu cüzi məbləğlə razılaşsaydım, birdən-birə budum sağalacaqdı və Ağ Ev turnirində iştirak edəcəkdim? Bunun heç bir məntiqi yoxdur.
Hətta ötən həftə Ağ Ev turnirinə hazır olmaq üçün kök hüceyrə müalicəsi də keçmişəm. Təlim-məşq toplanışı isə bu gün başlamalı idi. Mən hazır olmağa çalışırdım. Başa düşürəm ki, bəzən razılaşmalar baş tutmur, amma ictimai şəkildə həqiqətə uyğun olmayan sözlər demək düzgün deyil.
UFC-yə verdiklərimdən, bütün bu illərdən, titul müdafiələrindən və döyüşlərdən sonra karyeramı bitirdiyimi eşitmək çox incidir. Xüsusilə də hələ cümə günü UFC mənə zəng edib Ağ Ev turniri üçün məni daha az məbləğə razı salmağa çalışdığı halda.
Əgər UFC həqiqətən də mənim karyeramın bitdiyini düşünürsə, o zaman bu gün məni müqavilədən azad etmələrini hörmətlə xahiş edirəm. Manipulyasiyalar və oyunlar kifayətdir. Həqiqəti bilən əsl azarkeşlərə təşəkkür edirəm”, – deyə 38 yaşlı amerikalı döyüşçü bildirib.
-
Kriminal21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin120:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab
-
Rəsmi xronika20:36Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi
-
İnanc19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı
-
Nida Xəbər 18:10İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi
-
Region17:12Paşinyan Azərbaycanı izləyən Aİ missiyası haqda: Rolunu qiymətləndirmək çətindir




































