Hadisə
Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkarlandı - FOTO
Ağsuda əvvəllər məhkum olunmuş şəxsdən atəşə yararlı avtomat və narkotik vasitə aşkarlanaraq götürülüb.
Publika.az">Publika.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkumluq həyatı yaşamış 36 yaşlı Qəhrəmanov Mehman Əhliman oğlu saxlanılıb. Onun üzərinə keçrilən baxış zamanı əynindəki gödəkcədən siqaret qutusuna bükülmüş təmiz çəkisi 12,81 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,689 qram narkotik vasitə olan tiryək, yaşadığı evdən isə təmiz çəkisi 123,56 qram qurudulmuş marixuana həmin otaqdan sellofan bükümdə təmiz çəkisi 29,821 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan başqa Mehman Qəhrəmanovun yaşadığı evdən bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı, 7,62 mm kalibrli avtomat silah aşkar edilərək götürülüb.
M.Qəhrəmanov saxlanılıb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi açılıb və istintaq işləri davam etdirilir.
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?









.jpg)






.jpg)







.jpg)



.jpg)







