Hadisə
Prokurorluq Lənkərandakı qətllə bağlı məlumat yaydı
Mayın 6-da Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə,Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
-
İqtisadi gündəm16:42
Fevral ayından minimum pensiyalar bu qədər olacaq
-
Dünya15:32
“Ümid edirəm ki, Putin məni çox danlamaz" - Lavrov görün hansı sirri açıqladı
-
İdman13:39
Juninyonun həyat yoldaşından vida paylaşımı: Gözəl hekayə idi - VİDEO
-
Nəqliyyat13:00
Ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş etdi - Yeniləndi
-
Region11:47
Paşinyanın sabiq müttəfiqindən sensasion iddia: Nikol tezliklə istefa verəcək və ölkədə.. - VİDEO
-
Nəqliyyat10:50
Avtomobillər kəskin bahalaşdı: İlin sonunadək...
-
Maraq dünyası09:54
2025 rəqəminin unikallığı: Alimlər açıqladı - Bizi nə gözləyir?
-
ABŞ09:19
Trampın qorxulu ssenarisi reallaşır: qanun layihəsi təqdim edildi, İŞĞAL EDƏCƏKLƏR