Keçmiş polis Şəhidlər xiyabanında ÖZÜNÜ ASDI
Bizi izləyin

Hadisə

Keçmiş polis Şəhidlər xiyabanında ÖZÜNÜ ASDI

Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin sabiq 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Trend"ə bildiriblər ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.

Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm