Sabirabadda ev yandı
Bizi izləyin

Hadisə

Sabirabadda ev yandı

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Türkədi kəndində ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 260 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 5 m² sahədə qarsalanıb. Talvarın və köməkçi tikilinin qalan hissəsi, bitişik ümumi sahəsi 25 m² olan digər köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm