Hadisə
Bakıda ŞOK OLAY: ailəsi ondan imtina etdiyi üçün qumbara partlatdı - VİDEO
Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün yaşadığı ünvanında qumbara partladaraq, həyat yoldaşı ilə görüş tələb edib.
Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə zərərsizləşdirilib, digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
İ.Nəcəfov saxlanılıb. Araşdırma davam etdirilir.
Qeyd edək ki, qısqanclıq zəminində bu hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO




































