Hadisə
Ailəsini qorxudan kişi qumbaraları Qarabağdan gətiribmiş - FOTO
Ötən gecə Sabunçu rayonu Pirşağı qəsəbəsində 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfovun törətdiyi hadisə ilə bağlı bəzi məqamlar məlum olub.
Publika.az xəbər verir ki, hadisə saat 03 radələrində baş verib. Belə ki, İ. Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib.
Bildirilir ki, İ. Nəcəfov işğaldan azad edilmiş ərazidə işləyib və qumbaraları da orada tapdığını deyib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
İnsidentin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Onların birgə nikahdan 3 övladı var.
(Qafqazinfo)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı





















.jpg)











.jpg)

.jpg)