Hadisə
Azərbaycanda DƏHŞƏT: atalığı 13 yaşlı qızı və hamilə həyat yoldaşını... - FOTO
Masallıda 13 yaşlı qız atalığı, hamilə anası isə mütəmadi olaraq həyat yoldaşının zorakılığına məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial media hesablarında məlumat paylaşıb.
Qızın və anasının fotolarını paylaşan K.Ağazadə qeyd edib ki, qadın dünən övladı ilə Bakıya gəlib.
“İlk olaraq bizim sığınacağa gəldi və ərazi polis bölməsinə yönləndirib. Əməkdaşlarımız və qadın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 4 cü Polis Şöbəsinin rəsmi məktubu əsasında qəbul edilib.
Qadın Kürdəmir sakinidir, əri (qeyri-rəsmi) oktyabrın 21-dən uşağa və özünə də mütəmadi şiddət göstərib. Qadının polisə şikayət verməməsi üçün Masallıda kirayə qaldıqları evdə qapını kilidləyib. Qadın 3 noyabrda qurtulub uşağıyla Bakıya gəlib.
Hamilə qadın müayinə üçün dərhal xəstəxanaya yönləndirilib. Hamiləliyin 17 ci həftəsindədir. Bu vaxta qədər həkim baxışı olmayıb. Uşağın doğulmasını istəmir, qızı olacağını bildikdə “bu da doğulub, balam kimi bədbaxt olacaq” deyib özün döyür... Kişi narkotik aludəçisidir. Dünən 13 yaşı qıza da təcili yardım çağırıldı, baxış keçirən həkimlər azyaşlının həm də onkoloji problemindən şübhələnirlər...
Dur deyən olsun, nə olar... Həbs olunsun, cəzasını alsın, amma bu tip hadisələr nə olar, qadınlara dərs olsun, ailə qurmaqda tələsməyin, psixopatların qurbanına nə özünüz, nə də övladlarınız çevrilməyin”, - birlik sədri qeyd edib.
Kəmalə Ağazadə qeyd edib ki, məsələ məsələ dərhal nəzarətə götürülüb və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb. O, həmçinin əlavə edib ki, 2011-ci ildə qadının qardaşı onun ərini bıçaqlayıb, amma şikayət olunmayıb.
Aytən Məftun
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?



























.jpg)
.jpg)





