Hadisə
Həbsdə olan keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib.
Publika.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Ceyhun Yusifov məlumat verib.
Müdafiəçi qeyd edib ki, Mahir Quliye həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: "Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulub.
Bakıda Reabilitasiya Mərkəzində çənə sümüyünün cərrahi əməliyyatı olunub. Onkoloji şübhə olduğu üçün biopsiya alınıb. Hazırda vəziyyəti zəif və halsızdır. Təngnəfəslik, yüksək təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində müalicələr alır”.
Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, səhhəti ilə əlaqədar olaraq cəzaçəkmə müəssəsinə köçürülə bilməyib.

-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı