Bakıda 62 yaşlı kişini maşın vurdu
Bizi izləyin

Hadisə

Bakıda 62 yaşlı kişini maşın vurdu

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, NZS qəsəbəsində avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Sarıyev Ziyadxan Qaraxan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm