Hadisə
Arvadının gözünü çıxaran şəxsə BU CƏZA VERİLDİ - FOTO
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvar ayında yaşadığı evdə arvadının gözünə yumruq vuraraq qadının gözünü çıxardan Ağdaş rayon sakini 1974-cü il təvəllüdlü Elxan Nəbiyevin məhkəməsi keçirilib.
Publika.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həyat yoldaşına ağır xəsarət yetirən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham edilib.
Məhkəmə prosesində bildirilib ki, E.Nəbiyev L.Nəbiyeva ilə 16 il əvvəl ailə həyatı qurub. Onların münasibəti normal olub. Hadisədən əvvəl L.Nəbiyeva gəlini ilə birlikdə Sumqayıtda yaşayan və xəstəlikdən əziyyət çəkən qardaşını ziyarət etmək üçün onlara gedib. Elxan zəng edərək maşınla onları evə gətirməyi təklif edib. Lakin qadın həyat yoldaşına tələsməməyini bildirib və özlərinin qayıdacağını deyib. Bir neçə saat sonra L.Nəbiyeva gəlini ilə birgə Xəzər bağları massivində kirayə yaşadığı evə qayıdıb. Elxan ona irad bildirərək niyə taksi ilə qayıtdığını deyib və yumruqla göz nahiyəsinə zərbə endirib. Bu zaman qadının gözündən qan axmağa başlayıb və o, sol gözünün görmə qabiliyyətini tamamilə itirib.
Məhkəmədə dövlət ittihamçısının suallarına cavablandıran L.Nəbiyeva bunları deyib: “Hadisə vaxtı gəlinim bizi ayırmağa çalışırdı, uşaqlar isə ağlayırdı. Uşaqlar gözümü necə çıxardığını gördü. Elxan bu hadisədən əvvəl də məni döyüb. Bu səbəbdən də ondan boşanmışam və şikayətçiyəm”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Nəbiyevə 6 il müddətinə həbs cəzası verilib.
İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən E.Nəbiyev məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























