Hadisə
"Lotu Quli"nin bacısı oğlu güllələndi - Foto
2020-ci ildə Türkiyədə qətlə yetirilmiş məşhur qanuni oğru Nadir Səlifovun (Lotu Quli) bacısı oğlunun da olduğu avtomobil güləbaran edilib.
Publika.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla gecə saat 22.30 radələrində Antalyanın Beylikdüzü Kavaklı küçəsində baş verib.
Nadir Səlifovun bacısı oğlu Maqamet Kurbanov, təqaüdçü polislər Yılmaz Dəmir, Mehmet Acermen və Gürcüstan əsilli İsrafil Orucovun olduğu avtomobil təqib edilib. Bir müddət sonra müəmmalı şəxslər maşına yaxınlaşaraq ona dəfə atəş açmağa başlayıblar. 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb.
Avtomobildə olan təqaüdçü polis Yılmaz Dəmir həyatını itirib. Maqamet Kurbanov, Mehmet Acermen və İsrafil Orucov isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həyatını itirən təqaüdçü polis əməkdaşının cəsədi təcili yardımla Ədliyyə Tibb Morquna göndərilib.
Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onu qaranlığın içində tapacaqsınız
-
İKT1 Noyabr 23:24"ChatGPT"yə QADAĞA QOYULDU - Belə məsləhətlər verməyəcək
-
Magazin21 Noyabr 22:36“Ölsəm, o konsertə get, Mahsun mənim üçün “Bəlalım” oxusun” - FOTO/VİDEO
-
Nəqliyyat1 Noyabr 21:24Qu quşu qatarların hərəkətini İFLİC ETDİ
-
Magazin11 Noyabr 21:12Röyadan YENİ AÇIQLAMA: "Həmişə mənə deyirdilər ki..."
-
Nida Xəbər 1 Noyabr 20:00Ukrayna səfirindən Azərbaycanla bağlı PAYLAŞIM: "Millətlərimiz üçün daha güclü..."
-
İdman1 Noyabr 18:48"Barselona"nın ulduzu sevgilisindən ayrıldı - Xəyanət?
-
Magazin11 Noyabr 18:36Günay Musayeva indi də bu ölkədə "PARLAYIR" - VİDEO







































