MDB
Rusiyada genişmiqyaslı əməliyyat: Onlarla qaraçı hərbi komissarlığa aparıldı - VİDEO
Rusiyanın Tula vilayətinin qaraçılar yaşayan məşhur ərazisi Plexanovoda genişmiqyaslı reyd keçirilib.
Publika.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, əməliyyata Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi ilə yanaşı Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi, Federal Vergi Xidməti və kommunal xidmətin işçiləri də qatılıblar. Məlumata görə, nəticədə 35 yerli sakin saxlanılaraq hərbi qeydiyyat üçün komissarlığa aparılıb.
Jurnalistlərin məlumatına görə, hərbi qeydiyyatdan yayınan 22 nəfər inzibati cərimə alıb, qalan 13 nəfər isə tibbi müayinədən keçməyə göndərilib.
Bundan əlavə qayda pozucuları kimi nəzarətə götürülən şəxslərdən ödənilməmiş borclara görə beş nəqliyyat vasitəsi və təxminən 1 milyon rubl müsadirə edilib. Həmçinin, 43 evin elektrik enerjisi ödəniş etmədiyinə görə kəsilib. Qeyd edilib ki, yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimələri və vergiləri ödəməyənlərə qarşı əmlakın müsadirəsi barədə 24 akt tərtib edilib.
Tural
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi




































