Hadisə
Ölkəyə qanunsuz gətirilən 14 “iPhone” sərhəddə tutuldu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Gömrük Komitəsindən Publika.az-a verilən xəbərə görə, idarənin əməliyyat şöbəsinə “Chevrolet” markalı avtomobilin sürücüsünün Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonlar və tütün məmulatlarını hava limanının avtodayanacağında təhvil alacağı barədə məlumat daxil olub.
Həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və sözügedən şəxs sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 ədəd “iPhone” markalı mobil telefon və 3 qutu tütün məmulatı aşkar edilib.
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO