16 yaşlı yeniyetmə 4-cü mərtəbədən yıxıldı - Selfi edirmiş
Bizi izləyin

Hadisə

16 yaşlı yeniyetmə 4-cü mərtəbədən yıxıldı - Selfi edirmiş

Sankt-Peterburqda 16 yaşlı kollec tələbəsi selfi edərkən damdan yılıxılıb.

Publika. az xəbər verir ki, “Mash on the Moika” Telegram kanalının məlumatına əsasən, gənc dərhal reanimasiyaya yerləşdirilib.

Nəşrin məlumatına görə, gənc şəkil çəkdirmək üçün dördmərtəbəli binanın damına çıxıb. Amma ayağı sürüşüb və yıxılıb. Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Ona onurğa sütununun sıxılma sınığı, ağciyərlərin, qaraciyərin, mədəaltı vəzinin əzilməsi və sümük sınığı diaqnozu qoyulub.

78.ru telekanalının məlumatına görə, xəsarət alan gəncin sərxoş olduğu və bu səbəbdən yıxıldığı bildirilir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm