Bakıda sürücü idarəetməni itirərək maşını aşırdı - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda sürücü idarəetməni itirərək maşını aşırdı - VİDEO

Bakıda sürücü idarəetməni itirərək maşını aşırıb.

Publika.az xəbər verir ki, bu barədə görüntülər İTV-də yayımlanıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib, nəticədə avtomobil hasara dəyərək aşıb.

Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının (ÇPA) əməkdaşları cəlb olunub.

Qəzada xəsarət alanların olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm