Yas olan evdə DAHA BİR FACİƏ: 150 min manatlıq ziyan dəydi - VİDEO
Bizi izləyin

Hadisə

Yas olan evdə DAHA BİR FACİƏ: 150 min manatlıq ziyan dəydi - VİDEO

Balakənin Gərəkli kəndində ev yanıb.

Publika.az xəbər verir ki, yanğın kənd sakini Pədima Əlisoltanovaya məxsus ümumi sahəsi 132 kvadratmetr olan dörd otaqdan ibarət fərdi yaşayış evində olub.

Zərərçəkən Nizami Əlisultanovun sözlərinə görə, yanğın evdə yas mərasimi keçirilən zaman baş verib:

“Camaat içəridə oturmuşdu. Birdən dedilər ki, damın üstündən tüstü çıxır. Hər şey yanıb kül oldu. 150 min manatlıq ziyan dəyib”.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Ətraflı "Baku" TV-nin süjetində:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm