Bakıda narkotiki təbliğ edən gənc: “1500 manat verdilər”
Bizi izləyin

Hadisə

Bakıda narkotiki təbliğ edən gənc: “1500 manat verdilər”

Bakıda narkotik maddə və psixatrop həbləri reklam edən, divarlara “24ks.cc”, “CK.MEФ” kimi təbliğat sözlər yazaraq, təbliğat işi aparan daha bir gənc tutulub.

Publika.az-ın əldə etdiyi məlumata görə, noyabrın 20-də Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Sahil qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Səfərov (şərti soyadlı) saxlanılıb.

Onun paytaxtın müxtəlif ərazilərində çoxsaylı binaların, hasarların və digər yerlərin səthinə qanunsuz və insan sağlamlığına ciddi ziyan vuran vasitələri təbliğ edən kilid sözlər yazması müəyyənləşib. S.Səfərov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 396 və 510-cu maddələri ilə protokol tərtib edilib.

O, ifadəsində divarlara yazdığı sözlərin mənasını bilmədiyini deyib:

“Telegram” sosial tətbiqi vasitəsilə mənə mesaj gəlmişdi, kinoların reklamı təklif olunmuşdu, mən də bununla razılaşaraq şəhərin müxtəlif ünvanlarında binaların divarlarına boya ilə reklam saytının adını yazmışam, bunun müqabilində 1.500 manat pul verdilər. Daha sonra həmin saytların narkotik vasitələri təbliğ etdiyini bildiyim üçün bu işdən imtina etmişəm və “Telegram” sosial tətbiqində həmin səhifəni blok etmişəm”.

Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarla S.Səfərova 30 sutka inzibati həbs cəzası təyin edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm