8 yaşlı uşaq fırıldaqçılara tuş gəldi: anasının 400 mini getdi
Bizi izləyin

Hadisə

8 yaşlı uşaq fırıldaqçılara tuş gəldi: anasının 400 mini getdi

Rusiyada səkkiz yaşlı uşaq anasının telefonundan 400 min rublu tanımadığı şəxslərin hesabına köçürüb.

Publika.az xəbər verir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb. Uşaq kompüter oyunları oynamağı çox sevdiyi üçün o, kanalların birində oyunun pulsuz tanıtım kodları olan reklamı görüb və linki izləməyə başlayıb.

“Pulsuz tanıtım kodu almaq üçün yerinə yetirməli olan tapşırıqda deyilib ki, o, anasının və ya atasının telefonunu götürməli və iş masasının ekran görüntüsünü çəkməlidir. Oğlan anasının telefon nömrəsini seçib”.

O, şəkli göndərdikdən sonra naməlum şəxslər onunla əlaqə saxlayıb və bildiriblər ki, anasının telefonunda təhlükəli viruslar olub, ona görə ondan 70 min pul çıxılacaq. Bunun baş verməməsi üçün fırıldaqçılar tələbədən onun "Sberbank" və MKB proqramları üçün bütün parollarını istəyiblər.

Nəticədə kibercinayətkarlar qadının hesabından ümumilikdə 400 min rubl çıxarıblar.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm