Quranı yandıran Juravelə hökm oxundu
Bizi izləyin

Hadisə

Quranı yandıran Juravelə hökm oxundu

Qroznının Visaitovski Rayon Məhkəməsi Quranı yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu haqda "Mash" Telegram kanalı məlumat yayıb.

Nikita dindarların hisslərini təhqir etməkdə, ibadət yerlərində, dini ədavət zəminində xuliqanlıqda təqsirli bilinib. Juravel cəzasını ümumi rejimli koloniyada çəkəcək.

2023-cü il mayın 4-də müttəhim Volqoqradda məscidin qarşısında Quranın yandırılmasının videosunu çəkib. İki həftə sonra səs yazısı sosial şəbəkələrdə yayılıb. Juravelin sözlərinə görə, bundan əvvəl Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi onunla əlaqə saxlayıb və tapşırığı on min rubla tamamlamağı təklif edib.

O bildirib ki, hərəkətinin nəticələri barədə düşünməyib, onu yalnız pul qazanmaq maraqlandırıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm